LSM LuckSEM ailə münasibətlərinin hüquqi tənzimlənməsi sahəsində geniş təcrübəyə malikdir. Müştərilərimizə ailə hüququ ilə bağlı qarşılaşdıqları bütün məsələlərdə dəqiq və peşəkar hüquqi dəstək təqdim edirik. Xidmətlərimizə aşağıdakılar daxildir:
Nikahın rəsmiləşdirilməsi və pozulması: Evlilik müqavilələrinin hazırlanması, boşanma proseslərinin hüquqi müşayiəti.
Əmlakın bölüşdürülməsi: Boşanma zamanı birgə mülkiyyətin ədalətli və qanuni bölünməsinin təmin edilməsi
Övladlığa götürmə və valideyn hüquqları: Övladlığa götürmə prosesində hüquqi dəstək və valideyn hüquqlarının qorunması.
Uşaqla görüş və yaşayış məsələləri: Uşağın yaşayış yerinin müəyyən olunması və valideynlər arasında görüş hüquqlarının tənzimlənməsi.
LSM LuckSEM ailə hüququ sahəsində müştərilərinə emosional həssaslığı nəzərə alaraq peşəkar və fərdi yanaşma təklif edir, hüquqi məsələlərin sürətli və effektiv həllini təmin edir.