Əmtəə nişanlarından istifadə etmək üçün qeydiyyat vasitəsilə hüquqi qorunmanı təmin etmək lazımdır. Vaxtsız (gecikmiş) qeydiyyat haqsız rəqabətlə mübarizədə məğlubiyyətə səbəb olur.
Əmtəə nişanlarının qeydiyyatı - şirkətinizin əmtəə və ya xidmətlərinə münasibətdə fərqləndirici elementin və ya elementlərin müstəsna istifadəsinə dair təsdiqedici sənədin alınması prosedurudur.
Qeydiyyat haqqında şəhadətnaməni aldıqdan sonra əmtəə nişanının sahibi qeydiyyata alınan obyektin inhisarçısına çevrilir və ondan istədiyi şəkildə istifadə edə bilər: fəaliyyət prosesində istifadə etmək, istifadədən imtina etmək, satmaq, başqasına vermək, kiməsə istifadə etməyə qadağa və ya icazə vermək.
Azərbaycanda alınmış qeydiyyat şəhadətnaməsi əmtəə nişanlarına hüquqi qorunmanı yalnız Azərbaycan ərazisində təmin edir. Əmtəə nişanına hüquqlarınızı başqa ölkələrdə qorumaq üçün maraq göstərdiyiniz hər bir ölkəyə ərizə vermək və ya beynəlxalq qeydiyyat prosedurundan istifadə etmək lazımdır.
Əmtəə nişanının qeydiyyatı haqqında alınan şəhadətnamə 10 il müddətində qüvvədə qalır və sonra növbəti 10 il müddətinə uzadılmaq üçün qeydiyyata alına bilər.
Əmtəə nişanlarının qeydiyyatı heç də asan prosedur deyil və ilk baxışda sadə görünən iş mürəkkəb ola və mütəxəssisin cəlb edilməsini tələb edə bilər. Qeydiyyat, qeydiyyatın qüvvədə saxlanması, hüquqların pozulması ilə mübarizə, hərəkətlərin dayandırılması, hüquqların verilməsilə bağlı bütün mərhələlərdə ixtisaslaşdırılmış hüquqi yardımı Sizə yalnız müvafiq biliyə, hüquqi və ixtisaslaşdırılmış təhsilə, əqli mülkiyyət sahəsində çoxillik iş təcrübəsinə malik olan patent müvəkkili göstərə bilər.
Əmtəə nişanlarının qeydiyyatı üzrə göstərilən xidmətlər:
- əmtəə nişanına dair iddia sənədinin tərtib edilməsi və verilməsi;
- iddia sənədi üzrə kargüzarlığın aparılması;
- ekspertiza sorğularının cavablandırılması;
- əmtəə nişanının qeydiyyatına dair şəhadətnamənin alınması;
- əmtəə nişanının qüvvədə olma müddətinin saxlanılması və uzadılması;
- əmtəə nişanı üzrə hüquqların ötürülməsinin qeydiyyatı;
- məhkəmələrdə, antiinhisar və gömrük xidmətlərində təmsilçilik və hüquqların müdafiəsi.