LSM LuckSEM MMC olaraq, yerli və beynəlxalq müştərilərimizə korporativ hüquq sahəsində əhatəli və strateji hüquqi dəstək göstəririk. Biznesinizin bütün mərhələlərində — yaradılma, idarəetmə, yenidən təşkilatlanma və birləşmə proseslərindən tutmuş mübahisələrin həllinə qədər – peşəkar hüquqi xidmətlərlə yanınızdayıq.
Komandamız şirkətlərin hüquqi strukturunun düzgün qurulması, daxili sənədlərin hazırlanması və risklərin minimuma endirilməsi istiqamətində tam hüquqi dəstək təqdim edir. Qanunvericiliyə uyğunluğun təmin edilməsi və hüquqi təhlillərlə şirkətlərin daha dayanıqlı fəaliyyət göstərməsi üçün çalışırıq.
Xidmətlərimizə daxildir:
Yeni şirkətlərin yaradılması və dövlət qeydiyyatının aparılması
Birgə müəssisələr və törəmə şirkətlərin təsis edilməsi
Korporativ sənədlərin (nizamnamə, qərar, protokol və s.) hazırlanması
Birləşmə, bölünmə və yenidən təşkilatlanma proseslərinin hüquqi müşayiəti
İdarəetmə strukturlarının və səlahiyyət bölgüsünün qurulması
Səhmdar və iştirakçılar arasında müqavilələrin tərtibi
Korporativ mübahisələrin məhkəmədənkənar və məhkəmə yolu ilə həlli
Hüquqi uyğunluq (compliance) yoxlamaları və risk analizi
Sizin biznesinizin böyüməsi və sabit fəaliyyət göstərməsi üçün LSM LuckSEM hüquqi təhlükəsizlik çərçivəsi yaradır və hər zaman etibarlı tərəfdaşınız kimi çıxış edir.