LSM LuckSEM olaraq, müasir texnologiyaların tələblərinə uyğun proqram təminatı və rəqəmsal həllər təqdim edirik. Fəaliyyət sahənizdən asılı olmayaraq, biznes proseslərinizi avtomatlaşdırmaq, məhsuldarlığınızı artırmaq və rəqəmsal mühitdə güclənməyiniz üçün innovativ texnoloji həllər hazırlayırıq.
Mobil və veb tətbiqlərin hazırlanması – İOS və Android platformaları üçün mobil tətbiqlər, eləcə də istənilən funksionallığa malik veb saytlar və admin panellər hazırlayırıq.
Xüsusi proqram təminatı – Şirkətinizin ehtiyaclarına uyğun olaraq sıfırdan xüsusi proqram təminatı və idarəetmə sistemləri (ERP, CRM və s.) hazırlayırıq.
E-ticarət sistemləri – Onlayn satış platformaları, ödəniş inteqrasiyaları, məhsul idarəetməsi və istifadəçi paneli daxil olmaqla tam funksional e-ticarət sistemləri təqdim edirik.
Rəqəmsal inteqrasiya və avtomatlaşdırma – Mövcud sistemlərinizi yeniləyir, müxtəlif proqram və platformalar arasında inteqrasiya edərək iş axınınızı rəqəmsallaşdırırıq.
Baza və məlumat idarəetmə sistemləri – Məlumatların təhlükəsiz saxlanması, idarə olunması və strukturlaşdırılması üçün effektiv verilənlər bazası sistemləri qururuq.
Texniki dəstək və müşayiət – Hazırladığımız bütün sistemlər üçün fasiləsiz texniki dəstək, yenilənmələr və təhlükəsizlik tədbirləri ilə xidmət göstəririk.
LSM LuckSEM, hər bir layihəyə fərdi yanaşma ilə yanaşaraq, sizin üçün ən uyğun və effektiv proqram təminatını formalaşdırır. Rəqəmsal transformasiyanı bizimlə birlikdə həyata keçirin.