Sığorta hüququ, fiziki və hüquqi şəxslərin sığorta münasibətlərindən doğan hüquqi əlaqələrini tənzimləyir. LuckSEM MMC bu sahədə müştərilərinə geniş hüquqi xidmətlər təqdim edir. Xidmətlərimizə sığorta müqavilələrinin hazırlanması, yoxlanması və icrası, sığorta hadisələri zamanı hüquqi dəstəyin göstərilməsi və sığorta mübahisələrinin məhkəmədə müdafiəsi daxildir.
Əlavə olaraq, sığorta fəaliyyətinə dair lisenziyaların alınması, dövlət orqanları ilə hüquqi münasibətlərin qurulması və sektor üzrə hüquqi rəylərin verilməsi kimi peşəkar xidmətlərimizlə sığorta şirkətlərinin və sığortalıların yanında oluruq.
Məqsədimiz sığorta sistemində tərəflərin hüquq və öhdəliklərini aydınlaşdırmaq, ədalətli və hüquqi cəhətdən dayanıqlı münasibətlərin qurulmasını təmin etməkdir.