İxtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllərdir. İxtira mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa, yeni sayılır. İxtiranın aşağıdakı növləri vardır:
-qurğu,
-üsul (maddi vasitələrin köməyi ilə maddi obyekt üzərində yerinə yetirilməsi prosesi),
-maddə,
-mikroorqanizmlərin ştammı,
-bitki və ya heyvan hüceyrələrinin kulturaları.
İxtiranın patenti 20 il ərzində qüvvədə qalır.
Patent məhsul və ya üsul olan, hər hansı bir şeyi yeni üsulla və ya ixtiraçılıqla yerinə yetirməyə imkan verən və ya məsələnin yeni texniki həllini təklif edən ixtiraya verilmiş müstəsna hüququ ehtiva edir.
Patent sahibi əsas etibarilə patentin qüvvəsinin şamil olunduğu ərazidə başqalarına onun razılığı olmadan ixtiranın hazırlanmasına, istifadəsinə, satış üçün təklif edilməsinə, ixrac edilməsinə və ya satılmasına qadağa qoya bilər.
İxtiranın Patentləşdirilməsi Prosesi və Xidmətləri:
- ixtiraya dair iddia sənədinin tərtib edilməsi və verilməsi;
- iddia sənədləri üzrə kargüzarlığın aparılması;
- ekspertiza sorğularının cavablandırılması;
- ixtiralara patentlərin alınması;
- patentlərin qüvvədə olma müddətinin saxlanılması və uzadılması;
- PCT beynəlxalq iddia sənədlərinin verilməsi;
- məhkəmələrdə, antiinhisar və gömrük xidmətlərində təmsilçilik və hüquqların müdafiəsi.