Faydalı model müəyyən qurğuya aid olan texniki həldir. Bu kateqoriyada məmulatların və konstruksiyaların patentləşdirilməsi mümkündür.
Azərbaycanda faydalı modelə müstəsna hüquq faydalı modelə patentin alınması vasitəsilə əldə olunur və bununla həmçinin müəlliflik və ilkinlik təsdiq edilir.
Faydalı modelin patenti 10 il müddətində qüvvədə qalır.
Aşkar olunan texniki həllərin patentləşdirilməsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə ixtisaslaşmış patent müvəkkilini istənilən yeni texnologiyanın ən ilkin işlənib hazırlanması mərhələsində cəlb etmək zəruridir.
Faydalı modellərin Patentləşdirilməsi Prosesi və Xidmətləri:
- faydalı modelə dair iddia sənədlərinin tərtib edilməsi və verilməsi;
- iddia sənədləri üzrə kargüzarlığın aparılması;
- ekspertiza sorğularının cavablandırılması;
- faydalı modellərə patentlərin alınması;
- patentlərin qüvvədə olma müddətinin saxlanılması;
- məhkəmələrdə, antiinhisar və gömrük xidmətlərində təmsilçilik və hüquqların müdafiəsi.