a) yenilik; Patent almaq üçün iddia sənədi verildiyi tarixə bu seleksiya nailiyyəti satılıb və ya başqa şəkildə kənar şəxslərə verilməyibsə, seleksiya nailiyyəti yeni hesab olunur.
b) fərqlilik; Seleksiya nailiyyəti iddia sənədi verilən tarixə qədər mövcud olan digər məlum seleksiya nailiyyətlərindən aydın şəkildə fərqlənməlidir. İstehsalatda istifadə olunan, rəsmi kataloqa və məlumat fonduna daxil olan və ya dərc edilən elmi əsərlərdən birində dəqiq təsviri verilmiş seleksiya nailiyyəti məlum hesab olunur.
c) oxşarlıq; Seleksiya nailiyyətinin əlamətləri çoxaldılma xüsusiyyətlərinə görə bəzi fərqlər istisna olmaqla genotip və fenotip cəhətcə oxşar olmalıdır.
d) sabitlik; Seleksiya nailiyyəti dəfələrlə artırıldıqda və artırılma dövrlərin sonunda öz təsvirinə uyğun olmalıdır.