Müqavilə hüququ LSM LuckSEM-in hüquqi xidmətlər sahəsində əsas istiqamətlərindən biridir. Biz, fiziki və hüquqi şəxslər arasında bağlanılan müqavilələrin hazırlanması, yoxlanılması və hüquqi baxımdan təhlükəsizliyinin təmin olunması üzrə peşəkar dəstək göstəririk. Komandamız müştərinin maraqlarını qoruyaraq, alqı-satqı, icarə, xidmət və digər müqavilə növlərinin tərtibində hüquqi risklərin minimuma endirilməsini təmin edir.
Həmçinin, əmlakın dövlət qeydiyyatı və müqavilə ilə bağlı yaranan mübahisələr zamanı hüquqi müşayiət və təmsilçilik xidməti göstəririk. Müştərilərimizin hüquqlarının qorunması və qarşı tərəflə münasibətlərin hüquqi əsasda tənzimlənməsi üçün hər zaman yanınızdayıq.